ABŞ Ukrayna PUA-larını almaqda maraqlıdır, Kiyev isə hava qalxanı yaratmaq üçün Vaşinqtondan silah sistemləri əldə etməyə çalışır”.

Globalinfo.az xəbər verir ki, bunu “Newsmax”a müsahibəsində Ukrayna prezidenti Volodimir Zelenski deyib.

“Bizdə çoxlu pilotsuz təyyarələr var.Bu məsələni prezident Trampla müzakirə etmişik. Mən dedim ki, ABŞ-da olan silahları almaq istəyirik. O isə cavab verdi ki, bizim dronlarımızla maraqlanır. Mən çox istəyirəm ki, ABŞ bizə Ukrayna səmasını qorumaqda kömək etsin. Bu son dərəcə vacibdir”, – Zelenski vurğulayıb.

Qeyd edək ki, genişmiqyaslı müharibə başlayandan Ukrayna nəinki cəbhə xəttində pilotsuz təyyarələrdən fəal istifadə edib, həm də öz PUA sənayesini sıfırdan qurub.

Məlumat üçün bildirək ölkədə kiçik startaplardan tutmuş, dövlətlə əməkdaşlıq edən iri özəl şirkətlərə qədər PUA-ların istehsalını həyata keçirən 200-dən çox müəssisə fəaliyyət göstərir.

Ukrayna geniş çeşiddə pilotsuz təyyarələr istehsal edir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: