Bu da oldu: Sumqayıtın ərazisi belə “artdı” – FOTOLAR

Sumqayıtda Xəzər dənizi quruyur.

Globalinfo.az xəbər verir ki, hazırda Sumqayıt bulvarının divarından Xəzərə qədər məsafə 250 metrdən çoxdur.

Məlumata görə, bir müddət öncə məsafə 40 metr olub.

Suyun çəkilməsi nəticəsində sahildə olan daşlar üzə çıxıb, daşların arası mamır və yosunlarla dolub. Nəticədə xoşagəlməz mənzərə yaranıb və ətrafı pis qoxu bürüyüb.

Hazırda texnika vasitəsilə daşlar ərazidən daşınır.

Zaira Akifqızı
Globalinfo.az