Azərbaycanlı məşqçi “Barselona”nın prezidenti ilə – FOTO

“Sumqayıt”ın baş məşqçisi Samir Abasovun “Barselona” klubunda təcrübə proqramı davam edir.

Globalinfo.az xəbər verir ki, bu barədə klubdan bildirilib.

Məlumata görə, proqram çərçivəsində “Barselona” akademiyasının – “La Masiya”nın fiziki hazırlıq üzrə direktoru Manuel Lapuente ilə görüşən mütəxəssis gənc oyunçuların fiziki hazırlıq proqramları və onların əsas komandaya adaptasiyası haqqında təcrübələri ilə tanış olub.

Samir Abasov səfər çərçivəsində, həmçinin, “Barselona” B komandasının baş məşqçisi Rafael Markeslə də görüşərək fikir mübadiləsi aparıb.

Çalışdırıcı ötən gün əsas komandanın məşqini izləyib və “Barselona” klubunun prezidenti Xuan Laporta ilə də görüşüb.