Srapionyan: “Ermənilər tarix səhnəsindən silinməyə məhkumdurlar”

“Düşünmək imkanından məhrum olan, milli mənlik şüurunu və özünə sevgi hissini itirmiş insanlar tarix səhnəsini tərk etməyə məhkumdurlar”.

Globalinfo.az xəbər verir ki, bunu erməni siyasi xadim Serj Srapionyan İrəvanın mərkəzində keçirilən aksiyada deyib.

“Özümüzü dərin bir çuxurun içində hiss edirik. Qarabağın digər ərazilərindən Xankəndiyə çörək daşımaq üçün maşına benzini güclə tapırlar, amma avtobuslarla yürüyüş keçirərək yanacağı qəşəng sərh edə bilirlər. Biz artıq özümüzü müdafiə edə bilməyən biokütləyə çevrilmişik. İnsanlara səslənirəm, düşünün, yuxarıdakıların sizi idarə etməsinə icazə verməyin, burada o tərəfə yolumuz yoxdur”.

Ayşən Mustafa
Globalinfo.az