AA21tqmI scaled

Hollivud aktyoru Uill Smitin ABŞ-nin Kaliforniya ştatında yerləşən dəbdəbəli malikanəsinin ərazisində güclü yanğın baş verib.

Globalinfo.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə “Page Six” nəşri məlumat yayıb.

Məlumata görə, yanğın aktyorun təxminən 42 milyon dollar dəyərində daşınmaz əmlakının yerləşdiyi Kalabasas şəhərində qeydə alınıb.

Alov təxminən 60 hektar ərazini əhatə edən mülkün həyətindəki yardımçı tikililərdən birini bürüyüb.

Los-Anceles dairəsinin şerif departamenti yanğının söndürüldüyünü bildirib. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib.

Bu, aktyorun mülkündə baş verən ilk yanğın deyil. 2021-ci ildə onun evinin zirzəmisində də yanğın qeydə alınmışdı. Həmin vaxt ailə üzvlərindən heç kim xəsarət almamış, lakin bir yanğınsöndürən tibbi yardıma ehtiyac duymuşdu.

Uill Smit Kalabasasdakı torpaq sahəsini 2003-cü ildə alıb. Altı yataq otağı və 13 hamam otağı olan əsas evin tikintisi 2010-cu ildə başa çatıb. Sonralar aktyor və həyat yoldaşı Cada Pinkett-Smit daşınmaz əmlakı 42 milyon dollara satışa çıxarsalar da, sonda onu saxlamaq qərarına gəliblər.

fMPbmb9KSpMNrUgFuOij2yCWVjjc25iaZn5qKvX7 1200 NE318nmTyyQmCm8R9XfqfNUUVy4cPSH9kZRnYlay 1200 WvoGnaOkiGGkToYa8jtFrAGEEQ5y59S8FZw20JiX 1200 CUeN8k8PEX79LtSKetpDqvbM7ut1XaYkUh5FL6qO 1200

Paylaş: