Latviya Estoniyanın qərarını nümunə götürərək Rusiya ilə sərhəddə yerləşən bütün nəzarət-buraxılış məntəqələrinin bağlanması məsələsini nəzərdən keçirir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Delfi” nəşri məlumat yayıb.
Latviyanın Baş naziri Andris Kulberqs bildirib ki, məsələ Baltikyanı ölkələr arasında Rusiya ilə sərhədi keçən insanların hərəkətinin mümkün yenidən bölüşdürülməsi nəzərə alınmaqla kompleks şəkildə qiymətləndirilməlidir.
Onun sözlərinə görə, Latviya, Estoniya və Litva bu istiqamətdə vahid və koordinasiyalı mövqe formalaşdırmağa çalışmalıdır.
Latviyanın daxili işlər naziri Yanis Dombrava da sərhəd-keçid məntəqələrinin bağlanması ideyasını dəstəklədiyini bildirib. Bununla belə, o, qərarın qəbul edilməsi üçün hökumət daxilində ortaq mövqeyin formalaşdırılmasının vacibliyini vurğulayıb.
Nazir yaxın günlərdə bu məsələdə razılığa gəlinəcəyinə ümid etdiyini qeyd edib.
Tahir Turan