Evroparlament 1536x865 1

Avropa İttifaqı (Aİ) Rusiya ilə Avropanın təhlükəsizliyi məsələlərini ikitərəfli formatda müzakirə etmək niyyətində deyil. Brüssel Ukrayna ətrafındakı vəziyyət və Avropanın gələcək təhlükəsizlik arxitekturası ilə bağlı danışıqların çoxtərəfli formatda aparılmasına üstünlük verir.

Globalinfo.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Paula Pinyu Brüsseldə keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, Aİ Rusiyanın Avropa ölkələrindən nümayəndə heyətini Moskvaya dəvət etməsindən xəbərdardır. Lakin hazırda Brüssel yalnız çoxtərəfli görüşlərdə iştirak etməyə hazırdır.

Pinyu qeyd edib ki, Avropanın gələcək təhlükəsizlik sisteminin qurulması ilə bağlı müzakirələr yalnız Ukraynada atəşkəs əldə edildikdən sonra mümkün ola bilər. Bu prosesdə NATO və Avropa İttifaqına üzv ölkələrin iştirakı vacib hesab olunur.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: