Sentyabrın 1-də Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçiriləcək və tədbirdə Rusiya Prezidenti Vladimir Putinin iştirakı gözlənilir.
Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq-hüquqşünas Robert Makaryan bildirib.
Makaryanın sözlərinə görə, əgər ötənilki toplantıda olduğu kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan da sammitə qatılar və Putinlə görüşü keçirilərsə, liderlərin müzakirə gündəliyi ilə bağlı müəyyən ehtimallar irəli sürmək mümkündür.
Politoloq qeyd edib ki, Putin və Paşinyanın Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həbsi, o cümlədən, Ermənistan Apostol kilsəsinin dini rəhbəri və yepiskopların məhkəmə prosesləri müzakirə etmələri mümkündür.
Safura Bənnayeva
Globalinfo.az