ABŞ hərbçiləri Meksikada narkokartel rəhbərinin ələ keçirilməsi əməliyyatına cəlb olunmayıblar.
Globalinfo.az xəbər verir ki, bunu Meksika Prezidenti Klaudiya Şeynbaum deyib.
Prezidentin sözlərinə görə, “Beltran Leyva” cinayətkar qruplaşmasının başçısı, “Çapo İs İdro” ləqəbli Fausto İs İdronun tutulması ilə bağlı əməliyyat Meksika Silahlı Qüvvələri tərəfindən müstəqil şəkildə hazırlanıb və icra edilib.
Şeynbaum bildirib ki, ABŞ Meksika ərazisində öz hərbi qüvvələri vasitəsilə əməliyyatlar aparmaq istəyib, lakin Meksika bu təklifi qəbul etməyib.
Meksika lideri əlavə edib ki, Vaşinqtonla əməkdaşlıq yalnız kəşfiyyat məlumatlarının paylaşılması çərçivəsində aparılıb.