6FDuD5vl

Bu ilin yanvar-oktyabr aylarında qızıl istehsalı illik müqayisədə 6,6 faiz artaraq 2763,6 kiloqram təşkil edib.

Globalinfo.az Dövlət Statistika Komitəsinin məlumatına istinadla xəbər verir ki, noyabrın 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında qızıl üzrə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 6 dəfə artaraq 419,2 kiloqram olub.

Hesabat dövrü ərzində gümüş istehsalı ötən ilin analoji dövrü ilə müqayisədə 0,1 faiz artaraq 3221,3 kiloqram təşkil edib.

Noyabrın 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında gümüş üzrə hazır məhsul ehtiyatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,4 faiz artaraq 786 kiloqram qeydə alınıb.

2026 11 23 6b04485267331

Paylaş: