thumbs b c 63bbd0b78aa50da9dca1059f55022f9c

NATO-nun baş katibi Mark Rutte Ukrayna müharibəsində Rusiya ordusunun üzləşdiyi itkilərin miqyasını açıqlayıb. Onun iddiasına görə, Ukrayna hər ay Rusiya ordusuna 50 min nəfərədək hərbçinin ölümü və ağır yaralanması ilə nəticələnən itkilər verir.

Globalinfo.az xəbər verir ki  Rutte bu rəqəmi ABŞ-ın Vyetnam müharibəsindəki itkiləri ilə müqayisə edib.

O xatırladıb ki, ABŞ 14 il davam edən Vyetnam müharibəsində təxminən 56 min hərbçi itirib.

NATO-nun baş katibi bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin bu qədər böyük insan itkisi ilə barışması onun yanaşması və niyyətləri barədə müəyyən təsəvvür yaradır.

Rutte hesab edir ki, Putinin bu cür itkilərə baxmayaraq müharibəni davam etdirməsi Rusiya vətəndaşlarının həyatını qurban verməyə hazır olduğunu göstərir.

Əliyar Xəlil

Globalinfo.az

 

 

 

Paylaş: