PKK İraqın şimalında daha 14 sığınacaq məntəqəsini boşaldıb.
Globalinfo.az xəbər verir ki, PKK terror təşkilatı 18 noyabr 2026-cı il tarixinə İraqın şimalındakı Hakurk bölgəsində yerləşən 14 sığınacaq məntəqəsini boşaldıb.
Bununla da təşkilatın oktyabrın 8-də Metina bölgəsində boşaltdığı 4 məntəqə ilə birlikdə boşaldılan sığınacaqların sayı 18-ə çatıb.
Türkiyənin Milli Müdafiə Nazirliyi həmin mağara və sığınacaqların istifadəyə yararsız vəziyyətə salındığını açıqlayıb.
Rəsmi məlumatda bu addımın silahsızlanma prosesində irəliləyişə və bölgədə sabitliyin möhkəmlənməsinə töhfə verdiyi bildirilib.
Əliyar Xəlil
Globalinfo.az