images 10

Rusiyalıların Avropaya səfərinə ciddi məhdudiyyət qoyula bilər.

Globalinfo.az xəbər verir ki, Avropa İttifaqına üzv ölkələr 22-ci sanksiyalar paketini qəbul edəcəyi təqdirdə, Rusiya vətəndaşlarına turist vizalarının verilməsi yalnız xüsusi hallarda və zəruri sənədlər əsasında mümkün olacaq.

Avropa Komissiyası artıq bu istiqamətdə müvafiq təkliflə çıxış edib. Sənədə əsasən, Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak etmiş şəxslərin Avropa İttifaqı ərazisinə daxil olması qadağan ediləcək.

Təklifdə, həmçinin təbliğat fəaliyyətində iştirak etdikləri əsas gətirilərək, bütün rusiyalı idmançıların Aİ-yə girişinə qadağa qoyulması nəzərdə tutulur.

Paylaş: