İran məhkəmələri ABŞ-dan 290 milyard dollar məbləğində təzminat ödənilməsini tələb edən qərarlar çıxarıblar.
Globalinfo.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə İran məhkəmə sisteminin vəkillər mərkəzinin rəhbəri Həsən Abduliyanpur danışıb.
O, həmçinin Vaşinqtonun İrana zərbələr endirmək üçün öz ərazilərindən istifadəsinə icazə verməkdə ittiham olunan ərəb körfəzi ölkələrinə qarşı da məhkəmə iddialarının qaldırıldığını bildirib.