Qarabağ Universiteti tələbələr arasında baş verən insidentlə bağlı yayılan məlumatlara münasibət bildirib.
Ali təhsil müəssisəsindən Globalinfo.az-a verilən məlumata görə, Qarabağ Universitetinin tələbələri arasında baş verən mübahisə təhsil müəssisəsindən kənarda baş verib.
Hadisəyə hüquq-mühafizə orqanları tərəfindən müvafiq hüquqi qiymət verildiyi bildirilib.
“Sözügedən məsələ ilə əlaqədar heç bir tələbə Qarabağ Universitetindən qovulmayıb”, – deyə qeyd olunub.
Xatırladaq ki, Qarabağ Universitetinin iki tələbəsi arasında qısqanclıq zəminində dava baş verdiyinə dair iddialar yayılıb.