makron64 900x575 1

Fransa Prezidenti Emmanuel Makronun Tuluza şəhərindəki “Airbus” zavodunda çıxışı zamanı gözlənilməz hadisə baş verib. İzdiham arasında olan məktəbli qızlardan biri qəfil huşunu itirib.

Globalinfo.az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Hadisədən sonra Makron çıxışını bir neçə dəqiqəlik dayandırıb və huşunu itirən qıza su verilməsini təmin edib. Daha sonra məktəbli izdihamın arasından çıxarılıb və Fransa prezidenti çıxışını davam etdirib.

Hadisəyə münasibət bildirən Makron bunun tamamilə normal hal olduğunu deyib. O, xüsusilə səhər yeməyi yeməyən  insanlarda belə halların baş verə biləcəyini qeyd edib.

Qeyd edək ki, Makronun Tuluza səfəri regiona yeni sənaye investisiyalarının cəlb edilməsinə həsr olunan “Choose France” iqtisadi sammiti çərçivəsində baş tutub.

Bu, Fransa prezidentinin iştirakı ilə keçirilən tədbirdə baş verən ilk belə hadisə deyil. Noyabrın 11-də Parisdə Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüş zamanı Yelisey sarayının qarşısında fəxri qarovul dəstəsinin iki hərbçisi huşunu itirmişdi.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: