1038129 src

İran Xarici İşlər Nazirliyi Qətərin Tehrandakı müvəqqəti işlər vəkili ilə görüşərək bu ölkənin Almaniya ilə birlikdə hazırladığı bəyanata etiraz edib.

Globalinfo.az bildirir ki, İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqayi Tehranın sözügedən bəyanatı “təəccüb və təəssüf hissi ilə” qarşıladığını bildirib. O, sənəddə yer alan ittihamları rədd edərək, onları əsassız və qəbuledilməz adlandırıb.

Bəqayinin sözlərinə görə, Qətər İranın mühüm qonşularından biridir və Tehranla Doha arasında yaxın münasibətlər mövcuddur. O, Qətərin regiondakı bəzi ölkələrdə yerləşən ABŞ hərbi bazalarından İrana zərbələr endirmək üçün yararlandığını vurğulayıb.

İran rəsmisi Qətərin regiona aid olmayan Almaniya ilə birgə bəyanat yaymaq qərarının izah tələb etdiyini də bildirib.

Xatırladaq ki, Qətər Almaniya ilə birlikdə İranın region ölkələrinə hücumlarını pisləyən bəyanat yayıb

Əliyar Xəlil

Globalinfo.az

 

 

 

 

 

 

Paylaş: