2026-cı ilin ilk 10 ayında ADY-nin qatarlarına 26 daşatma hadisəsi qeydə alınıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 40%-ə yaxın azalma olsa da, hədəfimiz tamamilə təhlükəsiz nəqliyyat sistemidir.
“Aşkarlanmış faktlarla bağlı Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə məlumat verilib və hər bir fakt üzrə müvafiq araşdırma aparılmaqla hüquqi məsuliyyət tədbirləri görülüb.
Qatarlara daş atılması sadəcə düşünülməmiş hərəkət deyil, hüquqi məsuliyyət yaradır. Bu cür hərəkətlərə yol verən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb oluna və vurduqları maddi ziyanı ödəməli ola bilərlər. Dəmir yolu ərazisində təhlükəsizliyə təhdid yaradan hallarla qarşılaşdıqda DİN-in “102” Zəng Mərkəzi və ADY-nin “1822” Əlaqə Mərkəzinə məlumat verməyiniz xahiş olunur”, – məlumatda qeyd olunub.