naruchniki 1

Rusiyanın Murmansk vilayətinin qubernatoru Andrey Çibis büdcə vəsaitlərinin mənimsənilməsində şübhəli bilinərək saxlanılıb.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Nazirliyin sözçüsü İrina Volk bildirib ki, qubernator büdcə vəsaitlərinin oğurlanması, mənimsənilməsi və qanunsuz valyuta əməliyyatlarında iştirak etməkdə şübhəli bilinir.

İstintaqın versiyasına görə, cinayət işi Murmansk Vilayət Tikinti Nazirliyinə ayrılmış 39 milyon rubldan çox vəsaitin oğurlanması, həmçinin Apatiti-Kirovsk avtomobil yolunun yenidən qurulması üçün nəzərdə tutulmuş 1 milyard rubldan artıq vəsaitin mənimsənilməsi ilə bağlıdır.

Sabah Moskva məhkəməsində Andrey Çibis barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılacaq.

Paylaş: