Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az “Report”a istinadla xəbər verir ki, avtomobil piyada – 1973-cü il təvəllüdlü Xəqani Ələsgər oğlu Şirinovu vurub.
X. Şirinov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.