gettyimages 2084802691 61eb12cb6a65a2f28afb3c34dc12d361919bc699

Rusiyada icazəsiz xarici səfərlərə gedənlər deputat mandatından məhrum ediləcəklər.

Globalinfo.az xəbər verir ki, Rusiya lideri Vladimir Putin bununla bağlı qanun imzalayıb.

Qeyd edək ki, bundan əvvəl Rusiyada xaricə gedən parlamentarilər üçün bildiriş proseduru olub.

Qanuna görə, deputatlar və senatorlar xaricə planlaşdırılan səfərlər barədə məlumat verməli və öz palatasının rəhbərliyindən razılıq almalıdırlar.

Qanuna əməl etməyənlərin səlahiyyətlərinə parlamentin müvafiq palatasının təşəbbüsü ilə vaxtından əvvəl xitam veriləcək.

Qanun layihəsinin təşəbbüskarı senator Vyaçeslav Timçenko və deputatlar Oleq Morozov, Vasili Piskarev və Viktor Pinskidir.

Qanun iyunun sonunda Rusiya Dövlət Dumasına təqdim edilib. Nəhayət, iyulun 4-də qəbul olunub.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: