
“Rusların müharibəni bitirmək barədə düşünməsi yaxşı əlamətdir”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
O bildirib ki, Ukrayna görüşə hazırdır.
Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Ukraynaya mayın 15-də ilkin şərt olmadan birbaşa danışıqları İstanbulda bərpa etməyi təklif edib.
O, bununla bağlı hətta Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da danışacağını bildirib.
Günay Rəsulqızı
Globalinfo.az