Prezident İlham Əliyevin ABŞ-ın daxili təhlükəsizlik naziri Markveyn Mullinlə görüşü Rusiya mediasında mühüm səfər kimi təqdim edilib.
Globalinfo.az xəbər verir ki, Rusiyanın “Qazeta”, “Lenta” və başqa nəşrləri Mullinin səfərinin TRIPP marşrutunun (Zəngəzur dəhlizi – red.) açılacağı ərəfəsində baş tutmasına diqqət çəkib.
Bildirilib ki, görüş zamanı İlham Əliyev ABŞ Prezidenti Donald Trampın regionda sülhün təmin olunmasındakı rolunu yüksək qiymətləndirib.
Tərəflər həmçinin TRIPP – Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu layihəsinin əhəmiyyətinə toxunublar. ABŞ-ın daxili təhlükəsizlik naziri dəhlizin tam fəaliyyətə başlamasının Azərbaycanla Ermənistan arasında, eləcə də regionda nəqliyyat bağlantılarının və iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verəcəyini vurğulayıb.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan TRIPP layihəsinin rəsmi icrasına noyabrın 23-də start veriləcəyini açıqlayıb.
Əliyar Xəlil
Globalinfo.az