Screenshot 2025 05 07 213952

Yəməndəki “Ənsar Allah” hərəkatına bağlı husilər İsrailin Eylat şəhəri yaxınlığında yerləşən Ramon hava limanına pilotsuz uçuş aparatları ilə hücum etdiklərini bildiriblər.

Globalinfo.az xəbər verir ki, bu barədə husilərin formalaşdırdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariə “Al Masirah” telekanalının efirində açıqlama verib.

“Dron qüvvələri iki hərbi əməliyyat həyata keçirib. Birinci əməliyyat zamanı sionist düşmənə məxsus Ramon hava limanı iki pilotsuz uçuş aparatı ilə vurulub”, – deyə Sariə bildirib.

İsrail tərəfi məsələ ilə bağlı hələlik açıqlama yaymayıb.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: