Lukaşenko: “Biz başqa ölkələrin həyatına qarışmırıq”

Belarus qonşu dövlətlərin həyatına qarışmaq niyyətində deyil.

Globalinfo.az Axar.az -a istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Biz başqa ölkələrin həyatına qarışmaq üçün planlar cızmırıq. Sizə yalnız yaxşılıq, xoşbəxtlik və sülh arzulayırıq. Amma bu gün bu dünya o qədər kövrəkdir ki, hər hansı bir diqqətsiz hərəkət ağır və düzəlməz nəticələrə səbəb ola bilər. Torpaqlarımızın bir daha hərbi əməliyyatlar teatrına çevrilməsini və milyonlarla vətəndaşımızın yenidən məhv edilməsini istəməzdim”, – prezident bildirib.