emad raket04034

İran bu səhər İsrailə 27 ballistik raket atıb, nəticədə azı 82nəfər yaralanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Yaralıların hamısı mülki şəxslərdir.

***11:16

İranın İsrailin paytaxtı Təl-Əviv və Hayfa şəhərlərini raket atəşinə tutub.

Globalinfo.az xəbər verir ki, raket hücumu nəticəsində azı 16 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə İsrailin fövqəladə tibbi yardım xidməti “Magen David Adom” məlumat yayıb.

Təcili tibbi yardım briqadaları yaralıları xəstəxanalara yerləşdirib. Bildirilir ki, yaralılardan birinin vəziyyəti orta-ağırdır, o, qəlpə xəsarətləri alıb.

İranın təxminən 30 raket atmasından sonra Hayfa və Təl-Əviv şəhərlərində güclü partlayışlar qeydə alınıb.

“Shot” Telegram kanalının yaydığı məlumata əsasən, ballistik raketlərdən biri Hayfada yaşayış məntəqəsinə yaxın əraziyə düşüb. Hadisə nəticəsində qalın tüstü müşahidə olunub və ətraf infrastruktura ciddi ziyan dəyib.

Raketlərin düşdüyü ondan çox nöqtə qeydə alınıb.

İsrail hakimiyyəti ölkədə yeni raket hücumu təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

Paylaş: