Füzuli sakinlərinə evlərinin açarları təqdim edildi – YENİLƏNİB

Bu gün Bakıdan Füzuli şəhərinə yola salınan növbəti köç – 68 nəfərdən ibarət 24 ailə mənzil başına çatıb.

Globalinfo.az xəbər verir ki, bu ailələr bundan sonra öz doğma şəhərlərində – Füzulidə yaşamağa başlayacaq.

Evlərin açarları sakinlərə təqdim olunub.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Füzuli şəhərində 47 ailə, yəni 158 nəfərin daimi məskunlaşması təmin edilib.

Füzuli şəhərinə yola salınmış növbəti köç mənzil başına çatıb - YENİLƏNİB-1 - FOTO - VİDEO Füzuli şəhərinə yola salınmış növbəti köç mənzil başına çatıb - YENİLƏNİB-1 - FOTO - VİDEO Füzuli şəhərinə yola salınmış növbəti köç mənzil başına çatıb - YENİLƏNİB-1 - FOTO - VİDEO Füzuli şəhərinə yola salınmış növbəti köç mənzil başına çatıb - YENİLƏNİB-1 - FOTO - VİDEO Füzuli şəhərinə yola salınmış növbəti köç mənzil başına çatıb - YENİLƏNİB-1 - FOTO - VİDEO Füzuli şəhərinə yola salınmış növbəti köç mənzil başına çatıb - YENİLƏNİB-1 - FOTO - VİDEO

***08:44

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, avqustun 21-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 24 ailə – 68 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.

Daha da gözəlləşən və abadlaşan Füzuli şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Füzuli şəhərində 47 ailə, yəni 158 nəfərin daimi məskunlaşması təmin edilib.

Füzulinin daha 68 sakini doğma yurduna qayıdıb - YENİLƏNİB - FOTO Füzulinin daha 68 sakini doğma yurduna qayıdıb - YENİLƏNİB - FOTO