Fidandan dünyaya “Putin xəbərdarlığı”: Bunu etməsək…

“İsveçrədəki Ukrayna üzrə konfrans daha effektiv ola bilərdi, əgər burada Rusiya iştirak etsəydi…”

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan konfransda çıxışı zamanı deyib.

“Qarşımızda Ukrayna sülh planı var, Rusiya isə bir müddət əvvəl bəzi şərtlərini elan edib. Qoyulan şərtlərə baxmayaraq, bu bizim hara hərəkət edəcəyimiz baxımından vacib addımlar ola bilər. Bu konfrans körpünü keçməzdən öncə yoldan geri dönmək üçün son şans ola bilər”, – o bildirib.

Bununla belə H.Fidan Putinin sülh təklifinin ümidverici olduğunu deyib, lakin onu da vurğulayıb ki, Ukraynadakı müharibənin öz sərhədlərindən kənara çıxma ehtimalı var.

Əliyar Xəlil
Globalinfo.az