
“Ermənistanın NATO-nun Vaşinqton sammitində iştirakı İrəvana heç bir üstünlük gətirmədi”.
Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Karen İgityan deyib.
“Sözsüz ki, Ermənistan gərək Fransa, Almaniya, Yunanıstan və digər ölkələrlə əməkdaşlıq etməlidir. Lakin vacib şərt odur ki, bu tərəfdaşlıq başqa tərəfdaşlarla münasibətləri korlamamalıdır. Digər məsələ isə Qərbin şərtidir. Onlar deyirlər ki, bizimlə işləmək istəyirsinizsə, anti-Rusiya mövqeyi nümayiş etdirin. Rusiya onların düşmənidir, buna görə də onunla tərəfdaşlıq edənlər Rusiyaya qarşı çıxdıqlarını göstərməlidirlər. Bunu da prinsipcə Ermənistan hökuməti edir”, – o bildirib.
İgityana görə, hazırda Ermənistanı mövcud regional təhlükəsizlik arxitekturasından çıxarmağa çalışırlar, amma qarşılığında heç bir alternativ yaradılmır. O, Ermənistan üçün hazırda yeganə alternativin Türkiyə olduğunu bildirib.
Əliyar Xəlil
Globalinfo.az