İranın müdafiə naziri Məcid İbn Rza Tehranda Pakistan ordusunun komandanı feldmarşal Səid Asim Munir ilə görüşündə Tehranın İslamabadla müdafiə sektorunda əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə İranın İRNA agentliyi məlumat yayıb.
İranlı nazir Pakistan ordusunun komandanı ilə görüş zamanı İslamabadın Tehrana dəstəyinə görə minnətdarlığını bildirib.
O, iki ölkə arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsini, regional təhlükəsizlik mexanizmlərinin formalaşdırılmasını və İsrail təhdidlərinə qarşı birgə mübarizəni vurğulayıb.
Qeyd edək ki, Səid Asim Munir İranın mərhum ali rəhbəri Ayətullah Seyid Əli Xamenei ilə vida mərasimində iştirak etmək üçün Tehrana səfər edib.
Əliyar Xəlil
Globalinfo.az