beyler

16:50

İyunun 30-da Prezidentin Təhlükəsizlik Xidmətinin (PTX) rəisi generalpolkovnik Bəylər Eyyubov vəzifədən azad edildi. Onun Prezident Katibliyinin rəisi təyin olunması haqda məlumat yayıldı. Amma bu xəbər hələ də rəsmi şəkildə təsdiqini tapmayıb.

Hazırda müzakirələr bu yöndə gedir ki, Prezidentin Katibliyi vəzifəsi varmı.

Yayılan məlumat təsdiq və ya təkzib olunmasa da, B.Əyyubovun Vikipediya məlumatlarında artıq bu vəzifəni icra etdiyi göstərilir.

Məlumatı bəzi mənbədən dəqiqləşdirməyə çalışsaq da cəhdlərimiz uğursuz oldu. Bir neçə deputat, başqa məlumatlı sayılan şəxslər sualımızı eşidib ya susdular, ya da məlumatsız olduqlarını dedilər.

Globalinfo.az Azərbaycan Xalq Partiyasının (AXP) sədri, Əbülfəz Elçibəyin prezidentliyi dövründə baş nazir olmuş Pənah Hüseynlə əlaqə saxlayıb. O bildirib ki, həmin dönəmdə Prezidentin Katibliyi vəzifəsi yox idi.

Ətraflı videoda:


Ləman Hüseynzadə
Globalinfo.az

Paylaş: