16:55
Prezidentin Təhlükəsizlik Xidmətinin (PTX) rəisi general–polkovnik Bəylər Eyyubov tutduğu vəzifədən azad edilib.
Globalinfo.az Gününsəsi.info-ya istinadən xəbər verir ki, o, Prezident Katibliyinin rəisi təyin olunub.
Fərid Əsgərov isə Prezidentin Təhlükəsizlik Xidmətinə rəis təyin edilib. Digər sərəncamla F.Əsgərova general-mayor ali hərbi rütbəsi verilib.
Qeyd edək ki, F.Əsgərov bu təyinatadək PTX rəisinin müavini idi.
Fərid Əsgərov
Globalinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Fərid Əsgərova bu vəzifədə bir müddət əvvəl müavini təyin olunduğu general-polkovnik Bəylər Eyyubovu əvəzləyib.
Məlumat üçün bildirək ki, Fərid Əsgərov daha öncə Azərbaycan Karate Federasiyasının vitse-prezidenti olub. Əsgərov bu vəzifəyə 2017-ci ilin dekabrında seçilib.
Bu ilin fevralında isə PTX-nin rəis müavini təyin edilib.
Məlumata görə, Fərid Əsgərovun qardaşı Əli Əsgərov 2022-ci ildən Bakı İdman Sarayının direktorudur.

