Azərbaycan millisi “FIFA Series – 2026” beynəlxalq turnirində ilk oyununu keçirib.
Globalinfo.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Sent Lüsiya ilə üz-üzə gəlib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma Azərbaycan yığmasının qələbəsi ilə bitib – 6:1.
Komandanın qollarını 2-ci dəqiqədə Emin Mahmudov (p), 21-ci dəqiqədə Rəhim Sadıxov, 37-ci dəqiqədə Musa Qurbanlı, 64-cü dəqiqədə Toral Bayramov, 87-ci dəqiqədə Vüsal İsgəndərli, 89-cu dəqiqədə Rüstəm Əhmədzadə vurublar.
Qonaqlardan Filip Donavan (p) 52-ci dəqiqədə adını tabloya yazdırıb.
Qeyd edək ki, Azərbaycan millisi martın 30-da eyni arenada Syerra-Leone ilə üz-üzə gələcək.
***
Futbol üzrə Azərbaycan millisi bu gün növbəti oyununa çıxacaq.
Globaıinfo.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi millimiz ölkəmizdə təşkil edilmiş “FIFA Series – 2026” beynəlxalq turnirində qüvvəsini sınayacaq.
Komandamız turnirdəki ilk matçında Sent Lüsiya yığması ilə qarşılaşacaq. Sumqayıtda keçiriləcək görüşü Gürcüstandan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Giorgi Kruaşvili olacaq.
Qeyd edək ki, bu, millimizin 2026-cı ildə ilk oyunudur. Komandamız martın 30-da Syerra Leone yığması ilə də üz-üzə gələcək.
FIFA Series – 2026
27 mart 19:00.
Azərbaycan – Sent Lusiya
Baş hakim: Giorgi Kruaşvili
***
Komandaların start heyəti açıqlanıb.
Azərbaycan: 23. Rza Cəfərov, 14. Elvin Bədəlov, 15. Bədavi Hüseynov, 2. Rəhman Daşdəmirov, 21. Qismət Alıyev, 8. Emin Mahmudov (k), 13. Emil Səfərov, 20. Rəhim Sadıxov, 3. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 9. Renat Dadaşov.
Baş məşqçi: Ayxan Abbasov.
Sent Lüsiya: 9. Devon Priks, 7. Keqan Kaull, 6. Melvin Doksilli, 5. Daniel Lionel, 19 Antonius Mayers, 4. Batçer, 21. Şakuan Nelson, 10. Şevon Broyn, 13. Bayan Aman, 11. Arkell Cud-Boyd, 9. Donavan Fillips.
Baş məşqçi: Stern Con
***
Matç başladı.
***
Oyunun 2-ci dəqiqəsində Emin Mahmudov komandamızı önə keçirir.
Musa Qurbanlı 37-ci dəqiqədə fərqi 3 topa çatdırır.
İkinci hissə başladı.
***
52-ci dəqiqədə Donavan Fillip penaltidən komandasının ilk qolunu vurur.
***
Toral Bayramov 64-cü dəqiqədə komandamızın dördüncü qolunu vurur.