btn

Ağdərədə beton qarışdıran maşın dərəyə aşıb, sürücü ölüb.

Globalinfo.az bildirir ki, “Report”un Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Çıldıran kəndi ərazisində baş verib.

Bərdə rayon Yenidaşkənd kənd sakini 1968-ci il təvəllüdlü Qocamanov Hafizin idarə etdiyi “HOWO” markalı beton qarışdıran avtomobil idarəetmədən çıxaraq dərəyə yuvarlanıb. Hadisə nəticəsində sürücü H.Qocamanov ölüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: