t67u

Kür çayının Qazax rayonundan keçən hissəsində boğularaq həyatını itirən Yaqub Məmmədovun faciəli ölümü ilə bağlı təfərrüat müəyyənləşib.

Globalinfo.az bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, mərhumun həyat yoldaşı Gülbəniz Məmmədova hadisənin necə baş verdiyini danışıb. Onun sözlərinə görə, 1963-cü il təvəllüdlü həyat yoldaşı Birinci Şıxlı kəndində sahədə işləyirmiş. Hadisə isə onun işdən evə qayıtdığı zaman baş verib.

G.Məmmədova bildirib ki, həyat yoldaşı uzun illərdir həmin ərazidə çalışırmış. Hadisə günü ona işə getməməyi desə də, Y.Məmmədov bu məsləhətə əməl etməyib.

Qadının sözlərinə görə, ərinin Kür çayında batdığını ilk olaraq nəvəsi görüb. Y.Məmmədov qışqıraraq kömək istəsə də, sakinlər köməyə çatana qədər artıq çayda batıb.

Qeyd edək ki, Birinci Şıxlı kənd sakini Yaqub Məmmədov çobanlıq fəaliyyəti ilə məşğul olub. Faciə ötən gecə onun Kür çayının digər sahilinə keçmək istəyərkən baş verib.

Hazırda ərazidə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

Kürdə batan çobanın son anları: Nəvəsi kömək istədiyini görüb - FotoKürdə batan çobanın son anları: Nəvəsi kömək istədiyini görüb - Foto

Paylaş: