WhatsApp Image 2025 01 26 at 15.55.46

“RT” telekanalının aparıcısı Rik Sançes Belarus Prezidenti Aleksandr Lukaşenko ilə müsahibə zamanı onun niyə “Batka” adlandırıldığını izah edib.

Globalinfo.az xəbər verir ki, jurnalist bu barədə “Belarus 1” kanalının efirində məlumat verib.

O bildirib ki, bu ləqəb siyasətçinin səmimiyyəti ilə bağlıdır:

“Lukaşenkonu heç kim idarə etmir, o, kukla deyil. Məhz bu xüsusiyyət Belarus Prezidentini bir çox digər liderlərdən fərqləndirir”.

Jurnalist həmçinin Belarus liderinə ABŞ siyasəti ilə bağlı yazdığı kitabı hədiyyə edib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: