vl 0

Azərbaycan və Türkiyənin Daxili İşlər nazirlikləri arasında Bakıda keçiriləcək polis əməkdaşlığı üzrə 9-cu işçi görüşdə iştirak etmək üçün Türkiyənin Daxili İşlər Nazirliyinin Emniyet genel müdiri Ali Fidanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.

Globalinfo.az xəbər verir ki, Ali Fidan və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıblar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Azərbaycan daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Ali Fidan və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazir Azərbaycan və Türkiyənin Daxili İşlər nazirlikləri arasında əlaqələrin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edərək, iki qardaş ölkənin hüquq-mühafizə orqanları arasında qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsinin və birgə fəaliyyətin inkişaf etdirilməsinin əhəmiyyətini bildirib. O, polis əməkdaşlığı çərçivəsində keçirilən işçi görüşlərinin  təcrübə mübadiləsinin aparılmasına, eləcə də praktiki fəaliyyətin səmərəliliyinin yüksəldilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Nümayəndə heyətinin rəhbəri Ali Fidan qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O, iki ölkənin aidiyyəti qurumları arasında əməkdaşlığın səmərəliliyini yüksək qiymətləndirərək, qlobal təhdidlərə, o cümlədən cinayətkarlığın ayrı-ayrı növlərinə qarşı birgə mübarizənin əhəmiyyətini qeyd edib.

Görüşdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgün iştirak edib.

f3e2f6dd be69 4234 b3f0 edfc25d5acc8
f8e86197 fdb1 4974 9a07 edf7a53f4cec
515dfe29 4b2b 4086 a67c 367f7e216a3c
c3d410c5 0d80 47f9 a2a1 7f8515d86043
69107c2b 5a2e 4935 ba02 ddb969e8be06

Paylaş: