Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsindən azad edilən Elxan Tarqulu oğlu Nəcəfov yeni təyin olunan nazir Ovni Muradovu təbrik edib.
Globalinfo.az modern.az-a istinadən xəbər verir ki, Elxan Nəcəfov sosial şəbəkə hesabında paylaşım edərək Ovni Muradova və Naxçıvan MR Təhsil Nazirliyinin kollektivinə uğurlar arzulayıb.
“Son 3 il ərzində fəaliyyət göstərdiyim Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində nazir vəzifəsinə təyinat alan dəyərli dostum Ovni Muradovu təbrik edirəm. Ovni müəllimə və Nazirliyin bütün əməkdaşlarına uğurlar arzulayıram. Uzun illər təhsil sahəsində çalışmış Ovni müəllimin fəaliyyəti Vətənimiz və Naxçıvan MR üçün uğurlu olsun.
Xoş arzu və duyğularla Naxçıvan təhsilində çalışan və təhsil alan hər kəsi salamlayır, müvəffəqiyyətlər arzulayıram”, – deyə o qeyd edib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasında Elxan Nəcəfovun təhsil naziri vəzifəsindən azad edilməsi barədə qərar qəbul edilib.
Elxan Nəcəfov bu vəzifəyə 2024-cü ilin may ayında təyin edilmişdi.