ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp Çin sədri Si Cinpinlə görüş zamanı geyimi ilə diqqət çəkib.
Globalinfo.az xəbər verir ki, onun görünüşü barədə “ofisiant qıza oxşayır” ifadəsi işlədilib.
“Melaniya Tramp Ağ Evdə Si Cinpin üçün təşkil olunan rəsmi şam yeməyində ağ-qara geyimə üstünlük verib. O, Saint Laurent brendinin 2,3 min dollar dəyərində iri bantlı bluzkasını, Dolce-Gabbana markasının 1945 dollar qiymətində yüksəkbel və relyef naxışlı şalvarını geyinib. Melaniya görünüşünü 1345 dollar dəyərində ipək kəmər, ucu iti “Christian Loubouti”n dikdaban ayaqqabı və brilyant sırğalarla tamamlayıb”, – deyə “Daily Mail” yazıb.
Oxucular fotoları şərhlərdə müzakirə ediblər. Onların bir qismi ABŞ prezidentinin həyat yoldaşının görünüşünü tənqid edərək onu xidmət personalına bənzədib.
Bununla yanaşı, Melaniya Trampı dəstəkləyənlər də olub.
Qeyd edək ki, Melaniya Tramp bu ilin aprelində Böyük Britaniya kralı III Çarlzın ABŞ-a rəsmi səfəri zamanı da görünüşü ilə pərəstişkarlarını təəccübləndirmişdi.
Əliyar Xəlil
Globalinfo.az