
Slovakiyanın Baş naziri Robert Fitso və onun ailə üzvləri ölümlə təhdid olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə Slovakiya Baş nazir Administrasiyası məlumat yayıb.
Bildirilib ki, daxil olan təhdidlər anonim xarakter daşıyır:
“Hüquq-mühafizə orqanları təhdidlərin məzmununu araşdırır və onların təhlilini aparır”.
Təhdidlərin fonunda Fitso cümə günü Slovakiyanın Baş prokuroru Maroş Jilinka ilə planlaşdırılan birgə mətbuat konfransını ləğv edib. Baş nazir daha sonra ölkənin şərqinə yollanaraq rəhbərlik etdiyi “İstiqamət – Sosial Demokratiya” Partiyasının tədbirlərində iştirak edib.
Slovakiya Baş Prokurorluğunun sözçüsü Zuzana Drobova da daha əvvəl Jilinka və onun həyat yoldaşına qarşı ölüm təhdidlərinin olduğunu açıqlayıb.
Qeyd edək ki, 2024-cü il mayın 15-də R.Fitso silahlı hücuma məruz qalmışdı.
Safura Bənnayeva
Globalinfo.az