Pasinyan gulus 2

“Ermənistan Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasındakı çıxışında ölkəmizin artıq Azərbaycan və Türkiyədən asılı olduğunu bəyan etdi”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan deyib.

Zakaryanın sözlərinə görə, Paşinyanın çıxışında Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərdəki mövqeyi diqqət çəkib:

“Baş nazirin Nyu-Yorka səfərinin əsas məqsədlərindən biri Ermənistanın xarici siyasətində Ankara və Bakı ilə əlaqələrin ön plana çıxdığını göstərmək olub. Paşinyan bununla yanaşı Ermənistanın Rusiyadan uzaqlaşaraq Qərb, Cənubi Qafqaz və Mərkəzi Asiyanı əhatə edən siyasi istiqamətə inteqrasiya etmək niyyətini nümayiş etdirib. Bu proses “Ermənistanın türk dünyasına inteqrasiyası” kimi xarakterizə edilə bilər”.

O, həmçinin Paşinyanın Lüksemburq, Xorvatiya, Litva, Niderland və Bolqarıstanla münasibətləri “strateji” adlandırmasını da şübhə altına alıb:

“Həmin dövlətlərlə əlaqələrin strateji xarakter daşıması barədə səsləndirilən fikirlər mövcud reallığı əks etdirmir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: