frm 11 1

“Formula 2” üzrə Azərbaycan Qran-prisində kütləvi qəza baş verib.

Globalinfo.az bildirir ki, hadisə birinci əsas yarışda qeydə alınıb.

Bir neçə bolid qəza törədib.

Nəticədə qırmızı bayraq qaldırılıb və sessiya müvəqqəti dayandırılıb.

Qeyd edək ki, Qran-pri sentyabrın 26-da başa çatacaq.

frtt

***14:48

“Premma Racing”in iki pilotu Sebastian Montaya və Mari Boya “Formula 2” üzrə Azərbaycan Qran-prisinin birinci əsas yarışından kənarda qalıblar.

Globalinfo.az bildirir ki, S.Montaya start xəttinə gedərkən insident səbəbindən bu halla üzləşib.

M.Boyanın idarə etdiyi boliddə isə problem aşkarlanıb. Onun avtomobili trasda qalıb və təhlükəsizlik maşını tərəfindən çıxarılıb.

Hazırda ikinci dərəcəli pilotların ilk əsas yarışı davam edir.

yrs 1

***14:23

“Formula 2” üzrə Azərbaycan Qran-prisində birinci əsas yarış başlayıb.

Globalinfo.az bildirir ki, mübarizəyə saat 14:15-də start verilib.

Bu gün ikinci dərəcəli pilotların sprint yarışında “Dams Lukas Oil” komandasından Dino Beqanoviç qalib olub.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.

Paylaş: