bayramov mirzoyan

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində Nyu-Yorkda baş tutan görüş zamanı bir detal diqqət çəkib. 

Globalinfo.az xəbər verir ki, “Hraparak” nəşri nazirlərin görüş keçirdiyi masada ölkələrin bayraqlarının olmadığını vurğulayıb.

Nəşr yazır ki, Ararat Mirzoyanın digər həmkarları ilə görüşləri zamanı masada hər iki ölkənin bayrağı yer alıb. Məsələn, Qazaxıstanın xarici işlər naziri ilə görüş də bura daxildir. Lakin Ceyhun Bayramovla görüş müddətində masaya iki ölkənin bayraqları qoyulmayıb.

Görüş zamanı masada bayraqların olmamasının səbəbi açıqlanmasa da, tərəflər arasında razılıq əsasında belə qərar verildiyi ehtimal edilir.

1790313063 ZqTiQGWt large 900x600 1

820107001 1756637202269797 3430353143362250615 n g8TDnk
Ermənistan və Qazaxıstan XİN başçılarının görüşü

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: