Qazaxıstan Orta Dəhliz üzrə yük dövriyyəsinin artacağına ümid edir

Qazaxıstan Orta Dəhliz üzrə yük daşımalarında yeni artım gözləyir.

Globalinfo.az xəbər verir ki, bunu Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Aydar Abildabekov Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2026) deyib.

Onun sözlərinə görə, dəhlizin infrastrukturunun inkişafı marşrut ölkələrinə məhsullarını həm Çinə, həm də Avropaya çatdırmaq imkanı verəcək.

Aydar Abildabekov bildirib ki, Qazaxıstan Orta Dəhliz üzrə yük dövriyyəsini artırmaq üçün liman infrastrukturunu genişləndirir. Aktau limanında müvafiq infrastruktur fəaliyyət göstərir, digər limanda isə əlavə terminal modernləşdirilir.

Nazir müavini həmçinin beynəlxalq maliyyə institutlarının 1,4 milyard dollar zəmanət verdiyi dəmir yolu tikintisi layihəsinin həyata keçirildiyini açıqlayıb.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: