“Azərbaycanda ət istehsalının artırılması qiymətlərin daha da stabilləşməsinə imkan verəcək”.
Bu sözləri Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov Globalinfo.az-ın əməkdaşının sualını cavablandırarkən deyib.
Nazir ət istehsalının artırılması və bunun qiymətlərə mümkün təsirinə aydınlıq gətirib.
O vurğulayıb ki, sözügedən istiqamətdə hazırlanan dövlət proqramının icrasına yeni başlanılır.
“Proqramın icrası hələ indi başlayacaq. İcra olunduqca ölkədə məhsuldar ət istehsalının artımına nail olmağa çalışacağıq. Ət istehsalı artarsa, qiymətlər də daha çox stabilləşəcək”, – nazir bildirib.
Zaira Akifqızı
Globalinfo.az