“Bizim üçün Azərbaycanda müxtəlif sənaye sahələri maraq doğurur”.
Bu sözləri Globalinfo.az-a II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda hansı vəzifə ilə iştirak edən çexiyalı iş adamı, Lipno Investment s.r.o. şirkətinin direktoru Peter Vavrda deyib.
O bildirib ki, burada həm istehsalçı, həm də investor kimi fəaliyyət göstərirlər:
“Əsas istiqamətlərimizdən biri sənaye və tikinti sahələrində istifadə olunan əksetdirici materialların istehsalıdır. Bu baxımdan Azərbaycanda sənaye və tikinti sektorlarının inkişafı bizim üçün xüsusi maraq kəsb edir. Məhsullarımızın məhz bu sahələrdə istifadə olunması yeni əməkdaşlıq və investisiya imkanları yaradır. Azərbaycanda bu istiqamətdə fəaliyyətimizi genişləndirmək üçün imkanlar görürük”.
Zaira Akifqızı
Globalinfo.az