Şuşa Biznes Forumu İƏT-in potensialının performansa çevrilməsi üçün geniş  imkanlar təklif edir - Yusif Abdullayev

Azərbaycan və Mərkəzi Asiya ölkələri investisiya sahəsində rəqabətdən birgə layihələrin icrasına keçirlər.

Globalinfo.az xəbər verir ki, bunu AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib.

O bildirib ki, Azərbaycan bir sıra Mərkəzi Asiya ölkələri ilə ikitərəfli fondlar yaradıb və bu, birgə layihələrin həyata keçirilməsinə imkan verir.

“Üç-dörd və ya beş il əvvəl biz bəlkə də rəqabət aparırdıq, amma indi birlikdə işləyirik”, – Y.Abdullayev qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın əsas üstünlüklərindən biri əlverişli coğrafi mövqeyi və regionda siyasi sabitliyin olmasıdır.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: