“ABŞ-ın beşinci nəsil F-35 qırıcı təyyarəsinə aid ehtiyat hissələri hansı səbəbdənsə ABŞ əvəzinə Çinin Honq-Konq şəhərinə göndərilib”.
Globalinfo.az xəbər verir ki, bunu Pentaqondakı adı açıqlanmayan nümayəndə “CBS” telekanalına deyib.
O qeyd edib ki, həmin detallar istismar üçün yararsız olub.
Müdafiə Nazirliyindən bildirilib ki, qurum bu istiqamətdə ABŞ rəsmiləri və istehsal üzrə tərəfdaşlarla birlikdə işləyir.
Məqsəd təyyarə üçün lazımi komponentləri əldə etmək, hadisəni araşdırmaq və belə halın gələcəkdə təkrarlanmaması üçün tədbirlər hazırlamaqdır.
Xatırladaq ki, sentyabrın 18-də “Politico” anonim mənbələrə istinadən F-35 qırıcısının detallarının səhvən Çinin Honq-Konq şəhərinə göndərildiyini və hazırda yükün taleyinin məlum olmadığını yazmışdı.
“Bloomberg”in jurnalistləri isə sonradan təyyarəyə aid detalların Çin dövlətinin əlinə keçdiyini öyrənmişdilər. Jurnalistlərin məlumatına görə, yüklərin Çinə necə getdiyi ya kiminsə xidməti vəzifələrinə qəsdən səhlənkar yanaşması, ya da dövlətə xəyanət ehtimalını gündəmə gətirib.
Əliyar Xəlil
Globalinfo.az