“Formula 1” üzrə Azərbaycan Qran-prisində sıralama turu başa çatıb.
Globalinfo.az bildirir ki, üç mərhələnin yekunda birinci yeri tutan pilot müəyyənləşib.
Ən yaxşı nəticəni “Mersedes” pilotu Corc Rassell göstərib.
“Ferrari”dən Şarl Lekler ikinci, “Maklaren”dən Oskar Piastri üçüncü yeri tutub.
Bu gün üçüncü sərbəst yürüşdə “Red Bull”dan Maks Ferstappen ən yaxşı nəticəni göstərib.
Ötən gün Corc Rassell ilk və ikinci sınaq yürüşündə birinci olub.
Qeyd edək ki, Azərbaycan Qran-prisində əsas yarış sentyabrın 26-da keçiriləcək.
***17:00
“Formula 1” üzrə Azərbaycan Qran-prisinin sıralama turunda ikinci mərhələ başa çatıb.
Globalinfo.az bildirir ki, daha altı pilot mübarizəni dayandırıb.
Bunlar Kimmi Antonelli, Arvid Lindblad, Esteban Okon, Aleksandr Albon, Liam Louson və Oliver Bermandır.
Qeyd edək ki, Bakıdakı Qran-pri sentyabrın 26-da başa çatacaq.
***16:40
“Formula 1” üzrə Azərbaycan Qran-prisinin sıralama turunun birinci mərhələsi başa çatıb.
Globalinfo.az bildirir ki, ilk nəticələrə əsasən, altı sürücü mübarizəni dayandırıb.
Bunlar Valtteri Bottas, Lens Stroll, Serxio Peres, Fernando Alonso, Niko Hülkenberq, Qabriel Bortoletodur.
Hazırda sıralama turunun ikinci mərhələsi keçirilir.
Qeyd edək ki, Azərbaycan Qran-prisində əsas yarış sentyabrın 26-da baş tutacaq.
***16:33
“Mersedes” pilotu Kimi Antonelli “Formula 1” üzrə Azərbaycan Qran-prisində uğursuzluqla üzləşib.
Globalinfo.az bildirir ki, o, sıralama turunda buna məruz qalıb.
Sürücü bolidini kənarda saxlayıb və yarışı izləyir.
Bundan əlavə, altı pilot sıralama turunun ilk mərhələsində mübarizəni dayandırıb. Bunlar Valtteri Bottas, Lens Stroll, Serxio Peres, Fernando Alonso, Niko Hülkenberq, Qabriel Bortoletodur.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.
***16:14
“Formula 1” üzrə Azərbaycan Qran-prisində sıralama turu başlayıb.
Globalinfo.az bildirir ki, mübarizəyə saat 16:05-də start verilib.
Bu gün üçüncü sərbəst yürüşdə “Red Bull”dan Maks Ferstappen ən yaxşı nəticəni göstərib.
Ötən gün “Mersedes” pilotu Corc Rassell ilk və ikinci sınaq yürüşündə birinci olub.
Qeyd edək ki, Azərbaycan Qran-prisində əsas yarış sentyabrın 26-da keçiriləcək.
***13:45
“Formula 1” üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş başa çatıb.
Globalinfo.az bildirir ki, bu dəfə “Red Bull”dan Maks Ferstappen ən yaxşı nəticəni göstərib.
“Mersedes” pilotu Corc Rassell ikinci, “Ferrari”dən Lüis Hemilton üçüncü yeri tutub.
Bu gün əsas pilotların sıralama turu da gerçəkləşəcək.
Ötən gün “Mersedes” pilotu Corc Rassell birinci və ikinci sınaq yürüşündə ən yaxşı nəticəni göstərib.
Qeyd edək ki, Azərbaycan Qran-prisində əsas yarış sentyabrın 26-da keçiriləcək.
***13:20
“Formula 1” üzrə Azərbaycan Qran-prisində maraqlı hal yaşanıb.
Globalinfo.az bildirir ki, üçüncü sərbəst yürüşdə trasa ağac budağı düşüb.
Qeyd edək ki, Bakıdakı Qran-pri sentyabrın 26-da başa çatacaq.
X X X
“Formula 1” üzrə Azərbaycan Qran-prisində qəza baş verib.
Globalinfo.az bildirir ki, hadisə üçüncü sərbəst yürüşdə qeydə alınıb.
“Aston Martin”in sürücüsü Lens Stroll uğursuzluqla üzləşib. Onun idarə etdiyi bolid baryerə dəyib.
Qeyd edək ki, yarış sentyabrın 26-da başa çatacaq.
***12:33
“Formula 1” üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş başlayıb.
Globalinfo.az bildirir ki, mübarizəyə saat 12:30-da start verilib.