“Azərbaycanda keçirilən forum sizin bazara daxil ola bilmək üçün böyük imkanlar yaradır”.
Bu sözləri Globalinfo.az-a açıqlamasında Qazaxıstandan olan dizayner Banu Haydar deyib.
“Bu forum bizə Azərbaycan bazarına daxil olmaq üçün böyük imkan yaratdı. Mən Azərbaycana ikinci dəfədir gəlirəm. İlk dəfə buraya nümayiş üçün gəlmişdik. Burada Daş Muzeyində dizayner kimi çıxış etdik və öz kolleksiyamızı təqdim etdik. İndi Bakı bizim üçün doğmadır. Çünki biz Turan coğrafiyasındanıq, əcdadlarımız birdir. Buna görə də Bakı bizi çox isti qarşılayır. Biz Bakını çox sevirik”.
B.Haydar azərbaycanlılarla daha əvvəl də əməkdaşlıq etdiyini və Azərbaycan xalqının istiqanlı münasibətini yüksək qiymətləndirdiyini bildirib:
“Biz Pekində də birlikdə çalışmışıq, təhsil sahəsində əməkdaşlıq etmişik. Azərbaycanlı insanlar çox istiqanlıdır. Bu gün hava günəşli deyil, amma buna baxmayaraq, bizi yenə də isti qarşılayır, qucaq açırsınız. Buna görə də hamınıza təşəkkür edirəm”.
Zaira Akifqızı
Globalinfo.az